Qəzzada uşaqlar üçün lazım olan peyvəndlər tamamilə tükənibbackend

Qəzzada uşaqlar üçün lazım olan peyvəndlər tamamilə tükənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin iki aydan çoxdur intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında uşaqlar üçün lazım olan peyvəndlər tamamilə tükənib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Uşaqlar üçün lazımi peyvəndlərin tükənməsinin uşaqların səhhətində dağıdıcı problemlərə, o cümlədən xəstəliklərin yayılmasına, xüsusilə insanların sıx olduğu yerləşdirmə mərkəzlərində məskunlaşan məcburi köçkünlər arasında xəstəliklərin yayılmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatları fəlakətin qarşısını almaq üçün lazım olan peyvəndləri təmin edəcək.
İsrailin qurudan, havadan və dənizdən intensiv hücumları və oktyabrın 7-dən bəri davam edən blokada səbəbindən Qəzza zolağında ciddi dərman və tibbi ləvazimat çatışmazlığı yaranıb.

Fələstin Səhiyyə Nazirliyi bildirir ki, İsrail qüvvələrinin xəstəxanaları hədəfə alması və dərman və tibbi ləvazimatların əldə edilməsinə mane olması səbəbindən Qəzza şəhəri və Qəzza zolağının şimalındakı bölgələrdə xəstəxanalar xidmət göstərə bilmir.