Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya mənzil verilibbackend

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya mənzil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya yeni mənzillər təqdim edilib.

Mənzillərin açarlarının təqdimetmə mərasimi “Hövsan” yaşayış kompleksində keçirilib.

Təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.

Polkovnik Elçin Əliyev xatırladıb ki, keçən il hərbçilərə 473 mənzil verilib. Bu il həmin mənzillərin bir hissəsi tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində təqdim ediləcək: “Bununla bağlı Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti adından cənab Prezidentə təşəkkür edirik”.

Qeyd edək ki, indiki mərhələdə 20-yə yaxın hərbi qulluqçuya mənzillərin açarları təqdim olunub.