Restoranda silahlı İNSİDENT: Müştəri ofisiantdan narkotik TƏLƏB ETDİbackend

Restoranda silahlı İNSİDENT: Müştəri ofisiantdan narkotik TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessada istədiyi narkotik gətirilməyən müştəri restoranda atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Odessada restoranda sərxoş müştəri 18 yaşlı ofisiantdan ona narkotik vasitə “tapmağı” tələb edib.

Ofisiant bu tələbi yerinə yetirməkdən imtina etdikdə, kişi qəzəblənərək tapançadan gənc qızın yaxınlığına, döşəməyə atəş açıb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Polis dərhal hadisə yerinə gələrək həmin şəxsi saxlayıb. Ondan tapança və giliz müsadirə edilib.

Hazırda faktla bağlı araşdırma aparılır, saxlanılan şəxsi 7 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az