Rusiyada it uşağa hücum edib.
İnterpress.az xəbər verir ki, hadisə Yekaterinburqda baş verib. Rotveyler kiçik oğlu ilə 31 yaşlı qadına hücum edib.
O, uşağı tutub, ancaq anası onun üstünü öz bədəni ilə örtüb və qarın içinə yıxılıb. İt hər ikisini dişləyərək, yoldan keçənlərə kömək etməyə imkan verməyib və hücuma davam edib.
Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Onların çoxlu yaraları var.
Rotveyler sahibsiz deyil. Vəhşi hücumdan sonra sahibi sadəcə olaraq iti evinə aparıb. O, artıq tapılıb.
Prokurorluq və polis araşdırmalara başlayıb. Yerli sakinlərin sözlərinə görə, aqressiv it əvvəllər də insanlara hücum edib.
Xuraman Etibarlı
İnterpress.az