Aprelin 19-da İspaniyanın Barselona şəhərində bağ evində “Novatek” qaz şirkətinin keçmiş top meneceri Sergey Protosenyanın və ailəsinin cəsədi aşkarlanıb.
İnterpress.az xəbər verir ki, Sergeyin həyat yoldaşını və qızını öldürdükdən sonra intihar etdiyi düşünülür.
Belə ki, 55 yaşlı Protosenyan həyat yoldaşı və 15 yaşlı qızını balta ilə qətlə yetirib, daha sonra özünü asıb. Cinayət zamanı istifadə olunan alətlər isə milyonçunun cəsədinin yanında aşkarlanıb.
Polis hadisənin təffərrüatlarını araşdırır.
Qeyd edək ki, 400 milyon avroluq sərvətə sahib olan Protosenyan əsasən Fransada yaşayıb. O, ailəsi ilə İspaniyaya Pasxa tətillərini keçirtmək üçün gəlibmiş.