Amurda itkin düşən helikopterin göyərtəsində İstintaq Komitəsi və polis əməkdaşları olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Amur vilayətində radarlardan itən “Robinson R44” markalı xüsusi helikopterin göyərtəsində olan sərnişinlərin şəxsiyyəti barədə yeni təfərrüatlar məlum olub.
Məlumata görə, hava gəmisində Rusiya İstintaq Komitəsinin və polis idarəsinin əməkdaşları olub.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti hadisə yerində apardıqları araşdırmadan geri dönərkən helikopterlə əlaqə kəsilib.
Hazırda itkin düşmüş şəxslərin və helikopterin tapılması üçün bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, daha əvvəl helikopterin Amaranka kəndi yaxınlığından havaya qalxdığı və göyərtəsində 4 nəfərin olduğu barədə məlumat verilmişdi.
Xuraman Etibarlı
İnterpress.az






