Rusiya Türkiyə və Azərbaycanla vuruşsa, məğlub olacaq”backend

Rusiya Türkiyə və Azərbaycanla vuruşsa, məğlub olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fizuli beynəlxalq hava limanına Airbus 340 və Boing 747-400 təyyarələrinin test uçuşlarının həyata keçirilməsi (çox qısa bir zamanda, yəni 6-7 aya) ağlasığmaz bir hadisədir. Ən əsası bu iki ən ağır təyyarənin uçuş zolağına düşməsi və qalxması bu hava limanına istənilən hərbi və sivil təyyarəsini qəbul edə bilərinə sübutdur”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Bakıdan 35, Gəncə və ətrafından 25 dəqiqəyə Fizuli aeroportuna uça bilən təyyarələr gündə ən azı 40 tankı müharibə zonasına daşıya bilər:

“Bir günə bir diviziya bütün sürsat və texnikası ilə Qarabağın mərkəzinə çatdırıla bilər. Bu hava limanının açılışı Azərbaycanın çox böyük uğurudur. Bu proyekti həyata keçirmiş Prezident başda olmaqla mütəxəssislər, fəhləyə qədər böyük şücaət göstəriblər, eşq olsun.

Ermənistan rəhbərliyi onlar üçün çox qorxunc olan bu siqnalı da başa düşməsələr, hadisələrin gələcək inkişafının məsuliyyətini öz üzərlərinə götürürlər. Rusiyanın bu ölkəyə kömək etmək və Ermənistanı xilas etmək şansı sıfıra bərabərdir.

Rusiya Ermənistana görə Türkiyə və Azərbaycanın güclü orduları ilə vuruşmağa risk etməz, çünki məğlub olacaq. Təbii Avropa İttifaqı və ABŞ Türkiyə və Azərbaycanı dəstəkləyəcək. Ona görə cənab Paşinyan Rusiyadan qorxmamalı və düzgün qərar qəbul etməlidir.

Ermənistan bunu anlayır, ancaq görüşməyə can atmır. Nə üçün? Paşinyan və komandası bu görüşdə birinci olaraq DQ və ermənilərin statusunu müzkirə etməyi zəruri hesab edirlər. Çünki Rusiya və öz daxilində millətçilərdən qorxurlar.

Rusiya federasiyasının prezidenti keçmiş sovetdən qalmış respublikaların (6-dan başqa) heç birinin onun icazəsi olmadan addım atmağına imkan verməyəcəyini artıq dəfələrlə elan edib. Ermənilər onu da bilirlər ki, Qarabağ məsələni qaldırsalar, Prezident Əliyev danışıqları dayandıracaq.

Onlar isə bu məsələni qaldırmamaqdan qorxurlar. Ancaq səhv edirlər. Ermənistan xalqını bu gün Qarabağ yox Azərbaycanla sülh və əmin-amanlıqda yaşamaq maraqlandırır. Ermənistan tezliklə düzgün addımlar atmalıdır. Türkiyə və Azərbaycanla müqavilə imzalamalıdır”.