Rusiya vətəndaşı olan erməni Ermənistandan Rusiyaya ekstradisiya olunur.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistan Baş Prokurorluğu Rusiya vətəndaşı Emil Torosyanın Rusiyaya ekstradisiyasına icazə verib.
Erməni hüquq müdafiəçiləri isə işgəncə təhlükəsi səbəbindən ekstradisiyanın yolverilməz olduğunu qeyd ediblər.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Rusiya vətəndaşı Torosyana 21 may 2023-cü ildə Ermənistanda sığınacaq və ya qaçqın statusu almaq üçün Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə müraciət etmək hüququ barədə məlumat verilib.
Bununla belə, idarə Torosyanın bu hüququndan istifadə etmədiyini və müəyyən edilmiş müddətdə müvafiq səlahiyyətli orqana belə bir ərizə təqdim etmədiyini açıqlayıb.
“2024-cü ilin iyununda Torosyan saxlanılıb. Həmin ilin iyulunda isə baş prokuror onun ekstradisiyası üçün icazə verilməsi barədə qərar qəbul edib”, – departament qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az