Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıbbackend

Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan olan hərbi tibbi heyət Xabarovskdan Dağlıq Qarabağa yollanıb.

Bildirilir ki, RF Şərqi Hərbi Dairəsinin xüsusi təyinatlı tibbi dəstəsinin qüvvələri Rusiya Federasiyasının sülhməramlı kontingentinə tibbi dəstəyin təşkili və humanitar missiya üçün Dağlıq Qarabağa köçürülür.

Nazirlik Dağlıq Qarabağa ümumilikdə 122 hərbi həkim və tibb bacısı, habelə 54 vahid avtomobil və xüsusi texnika, həmçinin, 66 ton zəruri materialın göndərildiyini vurğulayıb.

İnterpress.az