Saakaşvilini yavaş-yavaş öldürmək istəyirlərbackend

Saakaşvilini yavaş-yavaş öldürmək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ukrayna prezidentinin müşaviri Oleksey Arestoviç Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vəziyyətinə münasibət bildirib və deyib ki, “Gürcü Arzusu” hakimiyyəti onu yavaş-yavaş öldürməkdə qərarlıdır.

İnterpress.az xəbər verir ki, o, bu barədə canlı efirdə çıxış edərkən danışıb.

Arestoviç Gürcüstan hökumətini üçüncü prezidentin xaricdə müalicə almasına icazə verməyə çağırır, onun sözlərinə görə, əks halda ölümcül nəticə baş verəcək.

“Mixeil Saakaşvili Ukrayna vətəndaşıdır. Özü Gürcüstana gəlib və öz istəyi ilə hökumətin əlinə keçib. Onu öldürməkdən qorxurlar, buraxmaqdan da qorxurlar, ona görə də onu yavaş-yavaş öldürmək qərarına gəliblər. Onlar əllərindən gələni etdiklərini, ancaq onun özünə xəsarət yetirdiyini deyirlər.

Ukraynaya nə edə biləcəyini bilmirəm. Əgər bir iş görsək, o zaman deyəcəklər ki, biz suveren ölkənin işinə qarışırıq. Prezident Zelenskinin bu vəziyyətə təsir edə biləcəyini bilmirəm, bu, ondan asılıdır. Mən Gürcüstan hökumətinə təklif edərdim ki, Saakaşvili üçüncü ölkəyə, məsələn, Avstriyaya aparılsın və orada müalicə olunsun. Çünki mən düşünmürəm ki, Gürcüstan hökuməti bütün dünyanın onları keçmiş prezidenti öldürməkdə ittiham etməsini istəsin. Əgər bu baş verərsə, onlar heç vaxt bu cinayəti yuya bilməyəcəklər”, – Arestoviç deyib.