Saakaşvilinin anası qalmaqallı açıqlama verdibackend

Saakaşvilinin anası qalmaqallı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oğlunun zəhərlənməsində hökuməti günahlandırmır.

İnterpress.az xəbər verir ki, o, az əvvəl Mixail Saakaşvilinin “Facebook” səhifəsi üzərindən qalmaqallı açıqlama verib.

Onun sözlərinə görə, Saakaşvilinin zəhərlənməsində düşmən hesab edən xarici dövlətin əli ola bilər.

O, Mixail Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı siyasi məqamlar yazmaqdan hər kəsi çəkinməyə çağırıb.

“Biz mesajımızı aydın və başa düşülən şəkildə ifadə etmək istəyirik, prezident Mixail Saakaşvili Gürcüstan hakimiyyətini zəhərlənmədə ittiham etmir, əgər ölümcül zəhərlənmə həqiqətən baş veribsə, burada Mişanı düşmən hesab edən xarici dövlətin izləri və üslubu var.

Amerikada bu testlər ən yaxşı laboratoriyada aparılıb və ən yaxşı toksikoloqlar tərəfindən analiz edilib. Təbii ki, onlar öz nüfuzlarına qarşı çox diqqətli və həssasdırlar və heç bir halda bu məsələyə yüngül yanaşmazdılar.
Hər halda bu, Gürcüstan dövlətinə qarşı təxribatdır. Mən hər kəsi siyasi məqsədlərə əl atmaqdan və Mixail Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı siyasi məqamlar yazmaqdan çəkinməyə çağırıram. Prezident Mixail Saakaşvilinin ölüm-dirim məsələsi burada həll olunur və mən hamıdan maksimum təmkin nümayiş etdirməyi xahiş edirəm”,-deyən Giuli Alasania əlavə edib:

“Mixail Saakaşvili Gürcüstan siyasətində hər hansı bir şəkildə iştirakını davam etdirmək niyyətində deyil və ədalətli qərara ümid edir. Unutmayın ki, hər cür fərziyyələr Mişanın onsuz da sarsılmış sağlamlığına zərər verir, lütfən, Mixail Saakaşvilinin və onun ailəsinin ləyaqətinə hörmət edin”.