ŞABAK İordan çayının qərb sahilində Livandan idarə olunan terror şəbəkəsini ifşa edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yayıb.
İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İudeya və Samariya (İordan çayının qərb sahili) bölgəsində fəaliyyət göstərən və Livan tərəfindən istiqamətləndirilən terror şəbəkəsi ifşa olunub.
Məlumata görə, şəbəkənin fəaliyyəti birbaşa Livan ərazisindəki rəhbər şəxslər tərəfindən idarə edilib.
İstintaq materiallarına əsasən, şəbəkə üzvləri regiondakı müxtəlif yaşayış məntəqələri haqqında kəşfiyyat məlumatları toplayıb, ərazidə aerofotoçəkilişlər həyata keçirib və planlaşdırılan terror aktlarına hazırlıq məqsədilə atıcılıq təlimləri təşkil ediblər.
ŞABAK rəsmi olaraq bildirib ki, bu əməliyyat sayəsində regionun təhlükəsizliyinə qarşı hazırlanan ciddi təhdidlərin qarşısı vaxtında alınıb.
Xuraman Etibarlı
İnterpress.az






