Sabir Rüstəmxanlı MSK-nın yeni tərkibinə çağırış etdibackend

Sabir Rüstəmxanlı MSK-nın yeni tərkibinə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 1918-20-ci illərdə demokratik seçki ənənələrini yaratdı. Müstəqiliyi bərpa edəndən sonra da yeni seçki ənənələrini formalaşdırır”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər var:

“Baydenin seçilməsi ilə bağlı legitimlik hələ də sual altındadır. Bu gün dünyaya demokratiyadan dəm vuran Avropa ölkələrinə Türkiyə dərs verib. Hesab edirəm ki, Azərbaycan demokratik seçki ənənələrini davam etdirməlidir, güclü şəkildə demokratiya ənənələrini inkişaf etdirməlidir. MSK-nın bundan sonrakı prosesləri rayonlarda davam edəcək. Rayonlarda siyasi partiyaların istəkləri ilə yerli icra orqanlarının istəkləri üst-üstə düşmür. Yeni tərkibdən xahiş edirəm ki, gələcəkdə MSK-nın siyasi partiyalarla işi elə qurulsun ki, yerli icra hakimiyyətləri ilə siyasi partiyalar haqqında problem yaranmasın”.

 

İnterpress.az