Salyanda iki avtomobil toqquşub: 1 yaralıbackend

Salyanda iki avtomobil toqquşub: 1 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda yol qəzasında bir nəfər xəsarət alıb.

İnterpress.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “NIVA” markalı avtomobil “QAZ-31” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1955-ci il təvəllüdlü Abukərimov Sakit Alıhüseyn oğlü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.