Samuxa yeni DYP rəisi təyin edildibackend

Samuxa yeni DYP rəisi təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

İnterpress.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bölmə rəisi vəzifəsi polis mayoru Azər Mehdiyevə həvalə edilib.

Bundan əvvəlki bölmə rəisi Samir Quliyev isə sərancama götürülüb.