“Sərhəddə vəziyyət sabit deyil” – Paşinyandan Putinəbackend

“Sərhəddə vəziyyət sabit deyil” – Paşinyandan Putinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsindən sonra Dağlıq Qarabağda vəziyyət sabitdir, lakin zaman-zaman qeyri-sabitlik ortaya çıxır.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Təəssüf ki, son vaxtlar təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki bölgəmizdəki vəziyyət o qədər də sabit deyil. Əlbəttə ki, hər kəs sizin şəxsi səylərinizi və Rusiyanın atəşkəsin əldə edilməsindəki səylərini bilir”, – Paşinyan söyləyib.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət o qədər də sabit deyil.