“Səssizlik saatı”: İşçilər iş vaxtı yatmağa MƏCBUR EDİLİR – VİDEObackend

“Səssizlik saatı”: İşçilər iş vaxtı yatmağa MƏCBUR EDİLİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin şirkətlərində işçiləri iş vaxtı yatmağa məcbur edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə maraqlı faktlar sosial şəbəkələrdə yayılıb.

Çindəki bəzi şirkətlərdə işçilərin məhsuldarlığını artırmaq üçün qeyri-adi bir təcrübə tətbiq olunur.

Belə ki, həmin ofislərdə rəsmi “səssizlik saatı” elan edilib. Bu müddət ərzində işçilərə rahatlaşmaq, xüsusi uzanma çarpayılarında dincəlmək və ya sadəcə yuxuya getmək üçün icazə verilir.

Maraqlı hadisələrdən biri də odur ki, şirkətlərdən birində çalışan qadın işçi rəhbərlikdən ciddi xəbərdarlıq alıb.

Buna səbəb onun “səssizlik saatı” zamanı işləməyə davam etməsi və çalışaraq yaratdığı səs-küyün həmkarlarının yuxusuna mane olması olub.

Şirkət rəhbərləri bu yanaşmanın işçilərin stress səviyyəsini aşağı saldığını və ümumi iş keyfiyyətini yüksəltdiyini iddia edirlər.

Xuraman Etibarlı

İnterpress.az