Sülh masasında ÇƏTİN DİALOQ: Tərəflər mövqelərindən GERİ ÇƏKİLMİR – ŞƏRHbackend

Sülh masasında ÇƏTİN DİALOQ: Tərəflər mövqelərindən GERİ ÇƏKİLMİR – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ABŞ-nin Ordu naziri Deniel Driskoll Vaşinqtonun “sülh planı”nı müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya nümayəndələri ilə görüşüb. ABŞ, Ukrayna və Rusiya Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Əbu-Dabidə qapalı danışıqlar aparırlar.

Uzun sürən Rusiya-Ukrayna müharibəsinin bitməsinə yönlənmiş bu danışıqların necə nəticələnəcəyi dünyanın diqqət mərkəzindədir.

Mövzunu İnterpress.az-a politoloq Tural İsmayılov şərh edib və öz proqnozlarını səsləndirib.

Poltoloq bildirib ki, Ukraynanın təhlükəsizliyi və ərazi statusu danışıqların əsas düyün nöqtəsidir.

“ABŞ-Rusiya-Ukrayna danışıqları mürəkkəb geosiyasi kontekstdə gedir. ABŞ əsasən Ukraynanın ərazi bütövlüyünü qorumağa çalışır, Rusiya isə işğal etdiyi əraziləri qanuniləşdirməyə səy göstərir. Ukrayna isə diplomatik mövqeyini itirmədən sülhə doğru addım atmaq istəyir.

Hazırkı planlar hər üç tərəf üçün kompromis tələb edir. ABŞ və Avropa Ukraynanı dəstəkləyir, amma bu dəstək məhdud çərçivədədir.

Rusiya öz “strateji maraqlarını” qorumaqdan geri çəkilmir. Ukrayna tərəfi beynəlxalq hüquqa uyğunluğu vurğulayır”, – siyasi şərhçi vurğulayıb.

T.İsmayılov qeyd edib ki, kompromis olmadan razılaşma qeyri-mümkündür.

“Danışıqların nəticəsi qismən hərbi əməliyyatların yüngülləşməsi ilə nəticələnə bilər. Lakin ərazilərin statusu hələ də əsas mübahisə mövzusudur.

Uzunmüddətli sülh üçün ciddi diplomatik zəmin tələb olunur. Nəticədə kompromis və qarşılıqlı güzəşt olmadan davamlı razılaşma mümkün görünmür”, – politoloq fikirlərini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az