Suriyanın yeni lideri ölkədə Türkiyə hərbi bazalarını yerləşdirməyi təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Suriyanın yeni lideri Ərdoğana ölkədə Rusiya deyil, Türkiyə hərbi bazalarını yerləşdirməyi təklif edib.
Əhməd əş-Şaraa Ankaradakı danışıqlarda Suriya-Türkiyə müdafiə paktını müzakirə edəcək.
Buraya Suriyanın mərkəzində Türkiyə Hərbi Hava Qüvvələri bazalarının yaradılması daxildir.
Türkiyəli təlimatçılar həmçinin Suriyanın yeni ordusu üçün əsgər hazırlayacaq.
Xuraman Etibarlı
İnterpress.az