Tehran Talibana XƏBƏRDARLIQ ETDİ: “İran hüquqlarına görə təzyiq edəcək”backend

Tehran Talibana XƏBƏRDARLIQ ETDİ: “İran hüquqlarına görə təzyiq edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Helmand çayından İrana su buraxmağa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Agentlik Əfqanıstanın cənub-qərbindəki Helmand çayında leysan yağışlarından sonra artan suyun İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinə axmasının görüntülərini dərc edib.

Bu fonda İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Komi Talibanın xarici işlər naziri vəzifəsini icra edən Müttəki ilə görüşdə “İranın su hüquqlarına hörmət etdiyinə görə” minnətdarlığını bildirib. O, Talibanın “İslam Respublikasının hüquqlarına hörmət etməyə davam edəcəyinə” ümid etdiyini bildirib.

Ölkələr arasında gərginlik vaxtaşırı Taliban tərəfindən su ehtiyatlarının bölüşdürülməsinə dair 1973-cü ildə imzalanmış müqaviləni pozması səbəbindən artıb.

Razılaşmaya görə, Əfqanıstan hər il Helmand çayından 820 milyon kubmetr su buraxmağa borcludur. Lakin İran rəsmiləri Kabilin su qəbuluna girişi əngəllədiyini bildirir.

Tehran Talibana xəbərdarlıq edib ki, o, “İranın su hüquqlarına hörmət etmək üçün təzyiq göstərməkdən çəkinməyəcək”.

Xuraman Etibarlı

İnterpress.az