Telman İsmayılov xəzinəsini harada gizlədib? – 2 min saat, on milyonlarla…backend

Telman İsmayılov xəzinəsini harada gizlədib? – 2 min saat, on milyonlarla…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Monteneqrodan Rusiyaya ekstradisiyası gözlənilən azərbaycanlı milyonçu Telman İsmayılovla bağlı bəzi təfərrüatlar məlum olub.

söhbət İsmayılovun saatlarından gedir.

Məlumata görə, vaxtıyla Telman İsmayılovun əsas hobbilərindən biri qiymətli saatlar yığmaq olub. Ətrafından Rusiya mediasına sızan məlumatlara görə, o, kolleksiyasına 2 mindən çox qiymətli saat toplayıbmış. Onlardan ən bahalısı isə keçmiş Moskva meri Yuri Lujkovun ona bağəşladığı və dəyəri 1 milyon 500 min dollar olan platindən hazırlanmış saat olub. Amma müflis olduqdan sonra bu saatların taleyi naməlum qalıb.

Məlumata görə, o, kolleksiyasını ümumiyyətlə Moskvadan kənara çıxara bilməyib.

Dəyəri on milyonlarla dollar həcmində ölçülən bu saatların harada gizlədildi bəlli deyil.