Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırmalara başlanıldı – YENİLƏNİBbackend

Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırmalara başlanıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

İnterpress.az