Tibbi terminlərin izahlı lüğətinin təqdimatı olubbackend

Tibbi terminlərin izahlı lüğətinin təqdimatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə “TİBBİ TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ” nəşr olunub.

İnterpress.az xəbər verir ki, lüğət 1228 səhifədən ibarətdir.

Bakı kitab mərkəzində Əməkdar həkim, tibb elmləri doktoru, professor Kənan Yusifzadənin “Tibbi terminlərin izahlı lüğəti”nin” təqdimatı keçirilib.

Lüğət Terminologiya Komissiyasının qərarı ilə nəşr olunub.

Kənan Yusif-zadənin tərtib etdiyi “Tibbi terminlərin izahlı lüğəti”nin redaktoru akademik Ə.Əmiraslanov, rəyçilər akademik İ.Hüseynova, AMEA-nın müxbir üzvü N.Bayramovdur.

Lüğət iki hissədən ibarətdir. Birinci hissə “Tıbbi terminlər və onların izahı” (488 səhifə), ikinci hissə isə “ Tibbi-laborator terminlər və onların izahı” (722 səhifə) adlanır.

Lüğətdə 30 min tibb termini toplanmış və onun izahı verilmişdir. Lüğətlə bağlı lüğətin redaktoru akademik Əhliman Əmiraslanov, Səhiyyə Nazirinin müavini cənab Nadir Zeynalov, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədova, referans Medical Group-un baş direktoru Hansiyar Babayev çıxış edib.

Lüğətin sözlüyünün hazırlanması zamanı aşağıdakı meyar və prinsiplər gözlənilib:

1. Lüğətdə bütün baş terminlər əlifba sırası ilə iri və qara şriftlə verilir.
2. Lüğətin tərtibində əlifba və əlifba -yuva prinsipi əsas götürülmüşdür.
3. Terminlərin Azərbaycan dilində dəqiq, aydın, konkret izahı verilmişdir;
4. Terminlər beynəlmiləl mahiyyətlidirsə elə həmin terminin özü də saxlanılmış və izahı verilmişdir;
5. Anlayışın məzmununu daha dəqiq ifadə edən terminlər seçilmiş və izahı verilmişdir.
6. Çoxmənalı və omonim terminlərin mənalarının izahları bir lüğət məqaləsində sıralamaqla verilir (1, 2, 3 və s.).
7. Lüğətin sözlüyünə daxil edilən tibb terminlərinin geniş, daha ətraflı izahı verilir.