“Vətənə xəyanət edənlər muhakimə olunmamalıdır, dar ağacından asılmalıdır”.
Bunu İnterpress.az-a açıqlamasında Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.
“Can Azərbaycana xəyanət edənlər Azadlıq meydanında dar ağacından asılmalıdır. Vətənə xəyanətə görə məhkum edilənlər, Azərbaycana düşmən kəsilən şəxslərlə əməkdaşlıq edənlər ən sərt şəkildə edamla cəzalanmalı, onların ailə üzüvləri isə dövlətin nəzarətinə alınmalıdır. Vətənə xəyanət namussuzluqdur – bunun başqa adı yoxdur!!”, – o əlavə edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.