Ukrayna hərbi əməliyyatlara qayıtmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə bildirib.
Tramp deyib ki, atəşkəs razılaşması Ukraynada qaçılmazdır.
“Biz razılığa gələcəyik və Ukrayna bir daha hərbi əməliyyatlara qayıtmayacaq”, – o qeyd edib.
Daha sonra o qeyd edib ki, tərəflər Ukraynada nizamlanma üzrə razılığa gəlməyə “kifayət qədər yaxındırlar”.
“Bu gün faydalı qazıntılar üzrə saziş imzalayacağıq”, – Tramp vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az