Trampın komandası Ukraynanı dəstəkləməyə davam edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Trampın komandası Avropa rəsmilərinə bildirib ki, ABŞ-nin yeni administrasiyası Ukraynanı dəstəkləməyə davam edəcək.
Nəşr yazır ki, eyni zamanda Tramp NATO ölkələrini müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az