Türkiyə Ermənistan və Gürcüstana göndərilən malların öz səması ilə daşınmasına QADAĞA QOYDUbackend

Türkiyə Ermənistan və Gürcüstana göndərilən malların öz səması ilə daşınmasına QADAĞA QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ermənistan və Gürcüstan üçün nəzərdə tutulan malların səma ilə daşınmasına qadağa qoyub.

interpress.az xəbər verir ki, bu barədə “Hetq” məlumat yayıb.

Bir gün əvvəl Ermənistan və Gürcüstandan onlayn sifariş edilən məişət əşyaları olan təyyarə Türkiyəyə daxil olmaq üçün Bolqarıstana gəlib. Uçuş üçün əvvəlcədən icazə alınsa da, son anda təyyarə içəri buraxılmayıb və geri qayıdıb.

Bundan əvvəl, 2020-ci ildə Türkiyə sentyabrın 9-dan etibarən Ermənistan qeydiyyatında olan təyyarələrin öz səması ilə tranzit uçuşlarını qadağan edib,  lakin eyni təyyarənin öz ərazisinə enməsinə mane olmur.

2020-ci ilin iyulundan 2022-ci ilin martına qədər Ermənistan hökumətinin təyyarəsi də Türkiyə səmasında tranzit uçuş həyata keçirə bilməyib.

Xuraman Etibarlı

İnterpress.az