Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıbbackend

Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi ildə təxminən 2 milyard ABŞ dollarına çatır.

İnterpress.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Milli Ödəniş Sisteminin inkişaf siyasətinin hazırlanması şöbəsinin rəisi Ramil Mahmudov Bakıda “Ticarətdə qeyri-tarif maneələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan kartları Türkiyənin elektron ticarət platformalarında alış-veriş üçün fəal şəkildə istifadə olunur.

O qeyd edib ki, AMB-yə mütəmadi olaraq sahibkarlardan “Amazon” və “eBay “kimi platformalar vasitəsilə malların satışı, əsasən ödənişlərlə bağlı yaranan problemlərə görə müraciətlər daxil olur: “Lakin bu problem təkcə bizim ölkəyə xas deyil. Hər bir iri ticarət platformasının öz milli maraqları və siyasəti var. Əvvəllər xarici e-ticarət sistemləri tərəfindən Azərbaycan bazarına maraq az idi, çünki onların əsas diqqəti mal və xidmətlərin Azərbaycanda satışı idi, amma indi bizim məhsulların da o platformalarda satışı ilə bağlı müraciətlər var. Lakin nağdsız əməliyyatların artımı ilə bağlı son statistik məlumatlar onların Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın qonşu dövlətlərlə müqayisədə potensialı böyükdür”.