Türkiyədə Azərbaycana dəstək məqsədilə keçirilən aksiyalar davam edirbackend

Türkiyədə Azərbaycana dəstək məqsədilə keçirilən aksiyalar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin paytaxtı Ankara şəhərində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə aksiya keçirilib.

İnterpress.az-ın xəbərinə görə, bu gün Ankarada Keçiörən Bələdiyyəsində “Azərbaycan Türk ordusunun üzvüyük” şüarı ilə keçirilən aksiyada bələdiyyə sədri Turqut Altınok çıxış edib.

O, Ermənistanın hücumlarını qınadıqlarını bildirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbəri Şamil Ayrım Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların loyal mövqeyini tənqid edib.

23 iyul tarixinin Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci il dönümü olduğunu xatırladan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib ki, Türkiyənin münaqişə ilə bağlı mövqeyi dəyişməz və prinsipialdır.  

Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Ankarada yaşayan azərbaycanlılar, şəhər sakinləri qatılıblar.

 

İnterpress.az