Türkiyədə kəndin əhalisi bir gündə 70 dəfə artdıbackend

Türkiyədə kəndin əhalisi bir gündə 70 dəfə artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uludağın ətəyində yerləşən 700 illik tarixi Cumalıkızık kəndinin əhalisi günəşli həftəsonu ilə əlaqədar 70 dəfə artıb. Ziyarətçilər kəndin küçələrində gəzməkdə çətinlik çəkiblər.

YUNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilən, taxta və kərpiçdən tikilmiş evləri, daş döşənmiş küçələri ilə Osmanlı mülki memarlığını toxunulmaz şəkildə saxlayan kəndə turist axını artıq adi hal alıb.

Bu şənbə-bazar isə Bursanın Yıldırım rayonunda yerləşən, təxminən 700 nəfərin yaşadığı Cumalıkızık 50 minə yaxın ziyarətçiyə ev sahibliyi edib.

Mənbə: “Haber Global”