Türkiyədə zəlzələdə dağılan 6 binanın podratçısı Mersində tutulubbackend

Türkiyədə zəlzələdə dağılan 6 binanın podratçısı Mersində tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə – Adıyamanın Besni rayonunda zəlzələ nəticəsində dağılan 6 binanın podratçısı Mersində tutulub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Zəlzələlər nəticəsində dağılan binalarla bağlı başladılan istintaqın sürətlə davam etdirilir.

İstintaq çərçivəsində Besni rayonunda 6 binanın podratçılığını həyata keçirən və indiyə qədər zəlzələ nəticəsində 123 nəfərin ölümünə səbəb olan Şükrü İşitmen həbs edilib.

Şübhəlinin məhkəmə prosesi üçün Besni mahalına gətiriləcəyi və mövzu ilə bağlı istintaqın davam etdiyi qeyd edilib.