Türkiyənin XİN başçısı Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edibbackend

Türkiyənin XİN başçısı Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən axşam Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

İnterpress.az-ın TASS-a istinadən xəbərinə görə, Ukrayna, eləcə də Qəzza sektoru və Suriyadakı vəziyyət də tərəflərin diqqət mərkəzində olub.