Ukrayna Belqorod-Xarkov istiqamətində tədbirlər görməyə davam edəcəkbackend

Ukrayna Belqorod-Xarkov istiqamətində tədbirlər görməyə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Qərargahı terror təhlükəsinin aradan qaldırılması və nəqliyyat vasitələrinin, o cümlədən Belqorod-Xarkov istiqamətində məhv edilməsi üçün tədbirlər görməyə davam edəcəklərini açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Baş Qərargahdan verilən açıqlamada Ukrayna Silahlı Qüvvələrinin Ukraynanı və ukraynalıları qorumaq üçün bütün tədbirləri gördüyü bildirilib:

“Düşmən döyüş meydanında heç bir nəticə əldə edə bilmədiyi üçün Xarkov istiqamətində terror strategiyasını davam etdirir. Ukraynanın digər şəhərlərində də Xarkovu dağıtmaq və dinc sakinləri öldürmək üçün raket hücumlarından istifadə edildiyini görürük”.

Açıqlamada Rusiyanın Xarkov bölgəsinə son bir həftə ərzində 19 raket hücumu təşkil etdiyi vurğulanıb və Rusiya ordusunun bunlarda 26 S-300 hava hücumundan müdafiə sistemi və 3 İsgəndər-M raket sistemindən istifadə etdiyi vurğulanıb. Bu hücumlarda 1-i uşaq olmaqla 16 nəfərin həyatını itirdiyi və 78 nəfərin yaralandığı, 1-i xəstəxana, 3-ü təhsil müəssisəsi və 6-sı mənzil olmaqla 13 binaya ziyan dəydiyi bildirilib.