Ukraynada Rusiyaya qarşı döyüşən avstraliyalı öldübackend

Ukraynada Rusiyaya qarşı döyüşən avstraliyalı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Rusiyaya qarşı döyüşən avstraliyalı vəfat edib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

24 yaşlı Sage O’Donnellin ölüm xəbəri Avstraliya Xarici İşlər və Ticarət Departamenti (DFAT) tərəfindən təsdiqlənib.

Anası oğlunun Ukrayna xalqının azadlığını müdafiə edərkən həlak olduğunu bildirib.

Viktoriya ştatından olan O’Donnell əvvəllər Avstraliya ordusunda artilleriya və piyada kimi xidmət edib.

Ukraynadakı müharibədə daha əvvəl üç avstraliyalı həlak olub.