Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı azalıbbackend

Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada baş verən hadisələr səbəbindən bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, baş verən hadisələrə görə orada təhsil alan şəxslərin diplomlarının tanınmasında müəyyən güzəştlər edilib: “Amma bundan sui-istifadə etmək olmaz. Misal olaraq, əvvəlki dövrlərdə 10 mindən artıq tələbə təhsil alırdısa, hazırda bu rəqəm kifayət qədər aşağı düşüb, bu da başadüşüləndir”.