Moskvada tanınmış çeçen iş adamı Umar Cəbrayılov intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Tanınmış çeçen biznesmen və keçmiş senator Umar Cəbrayılov Moskvada otellərin birində intihar edib.
Məlumata görə, Kseniya Sobçakın keçmiş sevgilisinin meyiti qaldığı otel nömrəsində aşkar olunub. Onun cəsədinin yanında odlu silah (tapança) tapılıb.
Umar Cəbrayılov uzun illər Rusiyanın siyasi və biznes elitasında təmsil olunmuş, qalmaqallı çıxışları və hərəkətləri ilə tanınan simalardan biri idi. Hadisənin dəqiq səbəbləri hələlik rəsmən açıqlanmasa da, ilkin versiya kimi intihar faktı araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat başladılıb.
Xatırladaq ki, Bu yaxınlarda iş adamının fotoşəkilləri ABŞ Ədliyyə Nazirliyi tərəfindən Ceffri Epşteyn işi ilə bağlı dərc edilmiş sənədlərdə tapılıb.
Xuraman Etibarlı
İnterpress.az






