Vatikan məhkəməsi keşişi cinsi istismara görə həbs cəzasına məhkum edibbackend

Vatikan məhkəməsi keşişi cinsi istismara görə həbs cəzasına məhkum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikanın apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edərək cinsi zorakılıqda ittiham olunan keşiş Qabriele Martinellini 2,5 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Vatikanın rəsmi nəşri olan VaticanNews-da yer alan xəbərə görə, Vatikanın Apellyasiya Məhkəməsi 2008-2009-cu illərdə Katolik Kilsəsinə bağlı bir məktəbdə uşağa cinsi təcavüz etməkdə günahlandırılan və bəraət qazanan keşiş Qabriele Martinellinin işinə baxıb.

Apellyasiya məhkəməsi Martinelli haqqında bəraət hökmünü ləğv edib və 31 yaşlı keşişin günahkar olduğuna qərar verib.

Martinelli 2 il 6 ay həbs və 1000 avro pul cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsi zorakılıq qurbanının təzminat tələbini qəbul etməyib.

Birinci instansiya məhkəməsində keşiş Martinelliyə kömək etməkdə ittiham olunan və bəraət qazanan digər keşiş Enriko Radisin işinə də baxıldığı bildirilib.

Digər tərəfdən, İtaliya mətbuatı Roma Baş Prokurorluğunun sözügedən iki keşişə qarşı oxşar ittihamlar irəli sürdüyünü yazıb.