X bu yaxınlarda video və səsli zəng funksiyalarını elan edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Lakin bu xüsusiyyət istifadəçilərin IP ünvanlarını aşkar edir.
Bu həftənin əvvəlində X (keçmiş Twitter) səsli və video zənglərin artıq hər kəs üçün əlçatan olduğunu elan edib.
X bütün istifadəçilərə səsli və video zəng etmək imkanı təklif etdikdən sonra sistemin zəng edərkən hər bir istifadəçinin IP ünvanını göstərdiyi açıqlanıb.
Bu detal X-in rəsmi elanına İcma Qeydi olaraq əlavə edilib.