Xankəndiyə 288 milyon dollar: İrəvanda narazılıq başladıbackend

Xankəndiyə 288 milyon dollar: İrəvanda narazılıq başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyətinə yaxın jurnalistlərdən biri maraqlı bir fikir səsləndirib. O qeyd edib: “Biz bilirik ki, Xankəndi de-jure Azərbaycana aiddir, onu da bilirik ki, de-fakto Rusiyanın nəzarətindədir, onu da görürük ki, rəsmi İrəvanın onlara təsiri getdikcə azalır. Amma bütün bunları bilə-bilə onların pulunu hələ də biz veririk, Ermənistan ödəyir”.

ekspert Natiq Cəfərli bu fikrə və Ermənistanın Qarabağda məskunlaşdırılan ermənilərə külli miqdarda vəsait ayırmasına diqqət çəkib.

O, Ermənistan büdcəsindən Xankəndi və ətrafına 2022-ci ildə 288 mln. dollar vəsait ayrılacağını xatırladaraq, qeyd edib ki, Ermənistan hökuməti getdikcə daha çox bundan məmnun deyil:

“Ona görə də Xankəndi və ətrafı məsələsini öz çiynindən Kremlin boynuna atmağa çalışır.

Bunun bizim üçün üstünlükləri də var, çox ciddi təhlükələri də…”

Ekspert bu prosesi nəzarət altına almaq üçün Azərbaycanın mürəkkəb idarəetmə sisteminə keçməsini təklif edib. (axar.az)