Rusiyada nazir və biznesmenin oğlu saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiyada Yol Təsərrüfatı və Nəqliyyat Nazirliyinin rəhbəri Aleksey Neçayev Çelyabinskdə saxlanılıb.
Nazirliyin özündə təhlükəsizlik qüvvələri işləyir, binanın girişi bağlanıb. Bir neçə saxlanılan aparılıb, avadanlıqlar çıxarılıb.
KİV-in məlumatına görə, Neçayev mənimsəmədə ittiham olunur. İşdə yol təmiri sahəsində çalışan iri podrat təşkilatlarının bir neçə menecerləri də var.
Daha sonra FTX Çelyabinsk vilayətinin keçmiş qubernatoru, iş adamı Boris Dubrovskinin oğlunu saxlayıb.
Xuraman Etibarlı
İnterpress.az