Yoluxan azaldı, sağalan çoxaldı, ölən olmadıbackend

Yoluxan azaldı, sağalan çoxaldı, ölən olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 337970 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331112 nəfər müalicə olunaraq sağalıb, 4990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8628, hazırkı dövrədək isə 3894683 test aparılıb.