Yubileyiniz mübarək olsun TÜRK ASENASIbackend

Yubileyiniz mübarək olsun TÜRK ASENASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterptess.az xəbər verir ki, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Filologiya üzrə fəlsəfə doktoru, AYB, AJB üzvü, Prezident mükafatçısı, şairə, publisist, 60 dan çox kitabın müəllifi, “Tərəqqi” medalın mükafatçısı Fəridə Ləmanın yubleyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Bu gün əziz bacım, Türk dünyasının dəyərli aydını, Filologiya üzrə fəlsəfə doktoru, AYB, AJB üzvü, Prezident mükafatçısı, şairə, publisist, 60 dan çox kitabın müəllifi, “Tərəqqi” medalın mükafatçısı Fəridə Ləmanın yubleyidir.

Fəridə xanım tək ölkəmizdə deyil, bütün Türk dünyasında şərəfli, mərd, bütün ətraflna düzgün yol göstərən bir Türk asenası olaraq tanınır.

Bəşəriyətə yüzlərlə ziyalı bəxş edən Qazax elinin dəyərli qızı Fəridə xanıma uzun ömür, can sağlığı və bütün işlərində uğurlar arzulayıram. Yaxşı ki varsan əziz bacım. Yaxşı ki, sizi tanımışam.

İnterpress media qrupu olaraq biz də dəyərli Fəridə xanımı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ədəbiyyatımızın inkişafı  naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

İnterpress.az