Zelenski həyat yoldaşı ilə Səudiyyə Ərəbistanına gedib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Zelenski “gözlənilmədən” həyat yoldaşı ilə Səudiyyə Ərəbistanına uçub.
Lakin dünən o, ukraynalılardan heç birinin danışıqlar aparmaq üçün bu ölkəyə uçmayacağını bildirib.
Rusiya baş nazirinin birinci müavini Denis Manturov da hazırda oradadır.
Rusiya və Amerika nümayəndə heyətləri də Səudiyyə Ərəbistanına gəlir.
Xuraman Etibarlı
İnterpress.az