1 milyonluq bilet oğurladı, cəmi 200 min QAZANDI: Lotereya oyunçusuna AĞIR CƏZAbackend

1 milyonluq bilet oğurladı, cəmi 200 min QAZANDI: Lotereya oyunçusuna AĞIR CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çitada lotereya aludəçisi bir milyonluq bilet oğurlayıb, 850 min rubl borca düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Çita şəhərində 50 yaşlı Vladimir adlı şəxsin lotereya həvəsi onun üçün ağır nəticələrlə başa çatıb.

Mağazada lotereya biletləri satan Vladimir böyük uduş ümidi ilə illərlə gizli şəkildə biletləri açmağa başlayıb. Lakin gözlənilən böyük uduş heç vaxt gəlməyib, əvəzində isə biletlərin satışından yaranan borc sürətlə artıb.

Vladimir ümid edirdi ki, biletləri açmaqla böyük məbləğ udacaq və bütün borclarını bağlayacaq. O, ümumilikdə 1 milyon rubl (təxminən 22 770 manat) dəyərində 10 min bilet oğurlayıb.

Bu “lotereya macərasının” yekununda isə cəmi 200 min rubl (təxminən 4 555 manat) qazana bilib. Tamamilə uduzduqdan sonra vəziyyəti düzəltmək üçün kassadan 45 min rubl (təxminən 1 025 manat) da götürüb.

Mağazadakı növbəti yoxlama zamanı çatışmazlıq aşkar edilib. 1 milyon rubl dəyərində biletlərin yoxa çıxdığını müəyyən edən rəhbərlik məhkəməyə müraciət edib.

Nəticədə, Vladimir udduğu 191 min rublu (təxminən 4 350 manat) geri qaytarsa da, hələ də 850 min rubl (təxminən 19 440 manat) borclu qalıb.

Məhkəmənin qərarı ilə ona 3 il 6 ay şərti həbs cəzası və sınaq müddəti təyin edilib.

Hazırda Vladimir məhkəmənin təyin etdiyi borcu ödəmək üçün çıxış yolları axtarır.

Xuraman Etibarlı

İnterpress.az