İnterpress.az xəbər verir ki, ona martın 9-da Şiraz hava limanında hücum edilib.
Motosikletda olan bir neçə nəfər onun maşınını daşa basıb, maşının pəncərələrini dəyənəklə sındırıblar.
Nəticədə deputat yaralanıb, gözlərinə şüşə qırıntıları dolub və o çıxışını təxirə salmalı olub.
Ali Motahari hakimiyyəti dəfələrlə 2011-ci ildən ev dustaqlığında olan müxalifət liderləri Mehdi Karrubi və Mir Hossein Musavini azad etməyə çağırıb.
Onlar 2009-cu ildə İranda keçirilən mübahisəli prezident seçkilərindən sonra baş verən etirazlara görə həbs olunublar.
İnterpress.az