İnterpress.az xəbər verir ki, bu narahatlığın səbəbi öldürülən şəxsin atasının Azərbaycanda öldürüldüyü yalanı ilə tanınan erməni “qanuni oğru”, Pzo ləqəbli Armen Kazaryanın qardaşı olmasıdır.
Hadisədən sonra çox sayda “qanuni oğru” Ermənistana getməyə hazırlaşır.
İrəvanda “sxodka” keçirilməsi üçün Armen Kazaryanın Amerikadan Ermənistana getməsi gözlənilir.
Qeyd edək ki, Pzo Nyu-York Federal Məhkəməsinin qərarı ilə 37 ay həbsə və 60 min dollar cəriməyə məhkum edilib. Onun 600 min dollarlıq evi də müsadirə edilib.
Əvvəlcə ömürlük həbsə məhkum edilməsi gözlənilən Pzo daha sonra reketlik etdiyini etiraf edib. Onun hüquq-mühafizə orqanları ilə əməkdaşlığı nəzərə alınaraq cəzası azaldılıb və daha sonra azadlığa buraxılıb.
48 yaşlı Kazaryan “Mirzoyan-Tercanyan” cinayətkar qruplaşmasına rəhbərlik edib. Dəstə çirkli pulların yuyulması, saxta kredit kartların hazırlanması, tütün məmulatlarının qanunsuz satışı ilə məşğul olub.
Kazaryan 1996-cə ildə Amerikaya gedib və orada qaçqın statusu almaq üçün atasının Azərbaycanla münaqişədə öldüyünü bildirib. Ancaq daha sonra təhqiqat zamanı bu məlumatın yalan olduğu ortaya çıxıb. Məlum olub ki, Kazaryanın atası sağdır və ümumiyyətlə Azərbaycan- Ermənistan münaqişəsinin iştirakçısı olmayıb.
Həbsdən sonra Kazaryanın Ermənistana qaytarılması gözlənilsə də, bu baş tutmayıb.
Elnarə
İnterpress.az