Bunu komitənin İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru Yaşar Niftiyev bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən brifinqdə deyib. Onun sözlərinə görə, söhbət vətəndaşlara daşınmaz əmlakla bağlı sənədləri öz adlarına rəsmiləşdirməyə imkan verən xidmətdən gedir: \”Notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün vətəndaşdan daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməsi tələb olunmayacaq\”.
Y.Niftiyev qeyd edib ki, vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər: \”Alqı-satqı müqaviləsi notariat kontorunda vətəndaşın adına yenidən rəsmiləşdiriləcək və rüsumun ödənişi elektron formada həyata keçiriləcək. Vətəndaşdan sənədi almaq üçün yalnız notariat kontoruna yenidən baş çəkmək tələb olunacaq. Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər\”.
Yaşar Niftiyev ƏMDK tərəfindən göstərilən 31 elektron xidmətdən artıq 3-nün SMS vasitəsilə də təqdim edildiyini bildirib: \”Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Bundan başqa, başa çatmaqda olan Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla \”Elektron Hökumət”in tələblərini yerinə yetirəcək, bununla da \”Elektron Hökumət”in qurulmasına öz töhfəsini vermiş olacaq. Hazırda ünvan reyestri məlumatlarını \”Elektron hökumət” portalına , \”Açıq Məlumatlar”a təqdim etmişik. Yeni ünvanda artıq konsepsiya dəyişib, yəni əvvəllər binanın bir nömrəsi olurdusa, indi binanın hər girişinə bir kod nömrəsi verilir. Çünki naviqasiya ssitemi üçün bu daha etibarlıdır\”.
İnterpress.az