“Ötən il Azərbaycana 2,5 milyon turist gəlib”backend

“Ötən il Azərbaycana 2,5 milyon turist gəlib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

\”Son 5 il ərzində Azərbaycana gələn turistlərin sayı 14-15% artıb. Amma 2014-cü ildə bu rəqəm azalıb. Misal üçün, Rusiya, Gürcüstan və İrandan Azərbaycana gələnlərin sayı azalıb. Əvəzində Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və ərəb ölkələrindən gələn turistlərin sayı isə 10-20% artıb\”, – deyə nazir bildirib.

O qeyd edib ki, bu azalma qonşu ölkələrdə baş verən iqtisadi-siyasi proseslərlə əlaqəlidir: \”Təbii ki, Rusiyada iqtisadi vəziyyət bu ölkədən gələn turistlərin sayına təsir edib. Bu amillər Gürcüstan və İrandan gələn turistlərə də aiddir\”.

Nazir bildirib ki, Azərbaycanda hazırda otellərin sayı 530-dan çoxdur.

\”Artıq ölkədə qonaqların yerləşdirilməsi üçün 35 minə qədər yataq var\”, – deyə Ə. Qarayev vurğulayıb.

Qurum rəhbəri deyib ki, bu gün Azərbaycanın istənilən sayda qonaqları qəbul etmək imkanı var: \”Bizim məqsədimiz xidmətin çeşidliliyini artırmaqdır. Azərbaycana gələn hər bir turist orta hesabla ölkə iqtisadiyyatına 700 dollar vəsait yatırır\”.

Nazir vurğulayıb ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, sərgilərin və digər konfransların çoxluğu ölkənin turizminə müsbət təsir göstərir.

\”Ümid edirəm ki, yaxın illərdə biz Azərbaycana gələn turistlərin sayını 5 milyon nəfərə çatdıra biləcəyik\”, – deyə Ə. Qarayev bildirib.

İnterpress.az