“Elektron hökumət”də növbəti təqdimatbackend

“Elektron hökumət”də növbəti təqdimat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mərkəzin direktoru Nail Mərdanov “Elektron Hökumət” quruculuğu istiqamətində həyata keçirilən işlər, tətbiq edilən yeniliklərdən söz açıb. Daha sonra “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edilib.

Məlum olub ki, vahid portala daxil olanların ümumi sayı artıq 1 329 130 nəfərə çatıb. Statistik uçotun aparıldığı tarixdən – 2012-ci ilin dekabrından 2015-ci ilin fevral ayının 28-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 4,405,403 daxilolma qeydə alınıb. Sözügedən 1329 130 nəfər ümumən portala 4 405 403 dəfə baxıb və 7949657 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 17 439 768 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 22 saniyə olub. Bu gün portala təkrar müraciət edənlərin kütlə nisbəti də artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 30,2 faizini yeni istifadəçilər, 69,8 faizini isə təkrar müraciət edənlər təşkil edib. Fevral ayının statistikasına görə, bu dövrdə portala 469628 daxiloma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 163641 nəfər olub. Həmin şəxslər 1596718 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 704970 xidmətə müraciət edib. Portala sərf etdikləri vaxt isə ortalama 5 dəqiqə 5 saniyə təşkil edib. Fevral ayı ərzində portala müraciət edənlərin 26,7 faizini yeni istifadəçilər, 73,3 faizini isə təkrar müraciət edənlər təşkil edib. Portaa daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı isə bu gün 191163-ə çatıb. Portal üzərindən təqdim edilən xidmətlərin sayı isə 410 olub.

Elnarə
İnterpress.az