“Azərbaycan Rusiya ilə rəqabət aparmır”backend

“Azərbaycan Rusiya ilə rəqabət aparmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Euractiv” saytına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

\”Hal-hazırda Azərbaycan 2019-2020-ci illər ərzində Avropa İttifaqı ölkələrini 10 milyard kubmetr qazla təchiz etməyi planlaşdırır. Bu, Rusiyanın ixrac planları ilə müqayisədə daha kiçik rəqəmdir\”, – deyə N. Əliyev qeyd edib.

Nazirin sözlərinə görə, Bolqarıstanın baş naziri Azərbaycan prezidenti ilə görüş zamanı “Nabucco” layihəsinin dirçəldilməsi məsələsini qaldırıb.

Azərbaycanın təxminən 2,65 trln. kubmetr həcmində kəşf olunan qaz ehtiyatlarından söz açan N. Əliyev deyib ki, gələcəkdə əlavə qazın nəqlinə yönələn layihələr \”Nabucco\” kəmərindən kifayət qədər fərqli olacaq.

İnterpress.az